Ermənistanda "N" saylı hərbi hissənin komandir müavinin otağından oğurluq edən əsgər S. Karen 3 il müddətinə azadlıqdan məhrum edilib.
Erməni KİV-i xəbər verir ki, ittihama görə, Karen qanunsuz olaraq mağazaya daxil olub və orada olan 134 min dram, 32 min dram dəyərində müxtəlif növ siqaret və kolbasaları oğurlayıb.
Bundan başqa Karen hərbi hissə komandirinin müavininin otağından əsgərlərə məxsus 8 ədəd mobil telefon oğurlayıb.
Hadisə ilə bağlı Syunik vilayətinin ümumi yurisdiksiya məhkəməsi əsgəri 3 il müddətinə azadlıqdan məhrum edib.(azvision.az)