Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.
Erməni KİV-i xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.
Göldə boğulan əsgər Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı Radmir Filipovdur.
Məlumat görə, rus əsgər dünən 2 əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb.
***
Erməni KİV-lərinin yaydığı məlumata görə, göldə cəsədi tapılan hərbçi Rusiyanın Başqırdıstan Respublikasının İçimbayski vilayətinin sakini olub. O, Ermənistanda yerləşən rus hərbi bazasında müqaviləli hərbi qullluqçu kimi xidmət edib.(azvision.az)