ABŞ Prezidenti Donald Tramp məzuniyyətini yarımçıq dayandırıb və təcili olaraq Ağ Evə qayıdıb.
Bununla bağlı Tramp şəxsi Twitter hesabında bildirib.
Prezidentin sözlərinə görə, buna səbəb iş qrafikinin gərgin olmasıdır:
“Çox iş görmək lazımdır. Ticarət və hərbi məsələlərə diqqət ayırmalıyıq”.
Qeyd edək ki, Donald Tramp avqustun 4-də 17 günlük iş məzuniyyətinə çıxmışdı.