Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölənlərin sayının artması istisna deyil. Reuters agentliyinin xəbərinə görə, Fritaunun mərkəzi morquna 179 nəfər gətirilib.
***
Syerra Leone Respublikasında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 310 nəfəri keçib.
Axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.