BMT baş katibi İranla əldə olunan nüvə sazişinə sadiq qalmağa çağırıb | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


BMT baş katibi İranla əldə olunan nüvə sazişinə sadiq qalmağa çağırıb

Dünya A- A A+

BMT baş katibi İranla əldə olunan nüvə sazişini ən böyük diplomatik nailiyyət adlandıraraq, onun qüvvədə qalması üçün səyləri əsirgəməməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün ABŞ-ın sanksiyaları genişləndirəcəyi təqdirdə Tehranın nüvə sazişini tezliklə tərk edəcəyini bəyan edib. Bundan əvvəl isə İran parlamenti ABŞ sanksiyalarına cavab olaraq milli raket proqramının inkişafına 520 mln. dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.   

Xatırladaq ki, ABŞ bir neçə gün əvvəl İranın raket proqramı ilə bağlı 18 təşkilat və fiziki şəxsi sanksiya siyahısına daxil edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...