ABŞ Cənubi Koreyada Şimali Koreya təhdidinə qarşı “Patriot” təkmilləşdirilmiş raket əleyhinə kompleksləri yerləşdirib.
Bu haqdaCənubi Koreyanın KBS telekanalı bildirib.
Kanalın məlumatına görə, ABŞ-ın Hava Hücumundan Müdafiə qoşunlarının Cənubi Koreyada olan 35-ci briqadası “Patriot” yeni raket komplekslərini alıb. Səkkiz ay ərzində təkmilləşdirilən yeni komplekslər artıq sınaqdan keçirilib. (Publika.az)