Türkiyənin Tunceli vilayətinin Kutu dərəsində antiterror əməliyyatları aparan 2 hərbçini ildırım vurub.
Hadisə nəticəsində hərbçilər ağır yaralanıb.
Əsgərlərin helikopterlə Elazığ vilayətindəki xəstəxanalardan birinə çatdırıldığı bildirilib.
Onlardan birinin vəziyyəti ağırdır.