Gürcüstanda azərbaycanlılar ayağa qalxdı | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Gürcüstanda azərbaycanlılar ayağa qalxdı

Dünya A- A A+
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.
 
Etirazçılar hakim “Gürcü arzusu” partiyasından yerli idarəetmə orqanlarına seçkilərdə rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər.
 
Aksiya iştirakçıları bildiriblər ki, yerli mətbuat hakim partiyanın Qardabani rayonunun icra başçısı vəzifəsinə başqa namizədi irəli sürəcəyi barədə məlumat yayıb. Onların sözlərinə görə, hazırkı icra başçısının rəhbərliyi altında Qardabani rayonunda və kəndlərdə bir sıra abadlıq işləri həyata keçirilib.
 
Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...