Rusiya lideri Vladimir Putin Barselonada baş verən terror hücumundan dolayı İspaniya kralı IV Filipə başsağlığı verib.
Bu barədə Kreml məlumat yayıb.
Başsağlığı məktubunda bu olayın şiddətli şəkildə qınandığı və beynəlxalq terrorizmlə mübarizədə dünyanın vahid mövqedən çıxış etməsinin vacibliyi vurğulanıb.
Putin ölənlərin ailələrinə başsağlığı verərək, yaralılara da təcili şəfalər diləyib. (Axar.az)