Adana şəhərinin Ceyhanın bölgəsinə ABŞ-a məxsus pilotsuz uçuş aparatı düşüb. Ailəsi ilə birlikdə Bakıda dincələn bələdiyyə bələdiyyə başkanı Hüseyn Sözlü xəbəri alan kimi dərhal öz ölkəsinə geri qayıdıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, səhər saat 4:00-da əraziyə baş çəkən H. Sözlü hadisə nəticəsində insan itkisi olmadığına görə sevindiyini bildirib.
O, verdiyi açıqlamada Ceyhan bölgəsinin qaynar bölgə olduğunu deyərək tez-tez belə hadisələrin müşahidə olunduğunu qeyd edib.
“Bölgəmiz İncirliyə yaxındır. Ona görə də uşaqlarımız tez-tez belə təlim uçuşlarının şahidi olurlar. İndi də bölgə çox qaynardır, istər qırıcı təyyarələrin, istərsə də, pilotsuz aparatların uçuşuna ara-sıra şahidlik edirik. Bu gün də belə bir pilotsuz uçuş aparatı qəza edərək soya tarlasına düşüb. Təbii ki, pilotsuz olduğuna görə və düşdüyü yerdə tələfata səbəb olmadığına görə, çox sevinirik”, - deyə başkan bildirib.