Avqustun 20-də saat 16:20 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü kapitan Andranik Armen Mkrtçyanın cəsədi tapılıb.
Erməni KİV-i xəbər verir ki, Aparan hərbi komissarlığından orduya çağırılan Mkrtçyanın çənə nahiyyəsindən odlu silahla vurulduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ölüb.
Məlumatı “Tert.am”-a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.
O, yaxın vaxtlarda rəsmi məlumatın olacağını bildirərək, hərbçinin ölümünə dair detalları açıqlamayıb.
“Armlur.am” saytının yaydığı məlumata görə, hərbi hissələrdən birində (Mehridə yerləşən hərbi hissə) müqaviləli hərbçi xidməti otağında ölü tapılıb. Məlumata görə, hərbi qulluqçunun rütbəsi kapitan olub.
Ölüm səbəbinin intihar və silahdan ehtiyatsız davranma olması ilə bağlı araşdırma aparılır. (azvision.az)