ABŞ avqustun 23-dən Rusiyanın bütün ərazisində qeyri-miqrasiya vizalarının verilməsini dayandırır.
Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi məlumat yayıb.
Vizaların verilməsi sentyabrın 1-dən yalnız Moskvada bərpa ediləcək.
ABŞ səfirliyi bunu diplomatik missiyada əməkdaşların ixtisara salınması ilə izah edib.