Pakistan hakimiyyəti özünün terrorizmə yanaşmasını dəyişməlidir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə gərginlik terrorçuların tez-tez Pakistanda gizlənməsi ucbatından yaranıb:
“Pakistan öz antiterror siyasətinə yenidən baxmalıdır. Əgər Pakistan heç bir addım atmasa, ABŞ onu cəzalandıracaq və ya onu böyük müttəfiq statusundan məhrum edəcək”.(axar.az)