Venesuelanı sanksiyalarla və hərbi müdaxilə ilə təhdid etməklə ABŞ beynəlxalq hüququ pozur.
Bunu jurnalistlərə açıqlamasında Venesuela Prezidenti Nikolas Maduro söyləyib.
“ABŞ Prezidenti Donald Tramp bizi hərbi müdaxilə ilə təhdid edir. Bu, ciddi bəyanatdır. ABŞ bununla beynəlxalq hüququ pozur. Biz bu gün aqressiya obyektiyik. Venesuelanın nüvə başlıqları, xaricdə bazaları yoxdur, ona görə də biz bu aqressiyaya qarşı KİV-lərlə birgə mübarizə aparacağıq”, – deyə o bildirib.