Koreya Xalq Demokratik Respublikasının mərkəzi telekanalında ABŞ-a nüvə zərbələrinin necə endirilməsi haqqında süjet hazırlanıb.
Videoçarxda “Xvason-12” ballistik raketlərinin ABŞ-ın Quam adasına tərəf uçduğu əksini tapıb.
Süjetdə ABŞ prezidenti Donald Trampla bağlı səhnələr yer alıb. Məsələn, Tramp qəbiristanda dayanıb xaçlara baxır, ABŞ-ın vitse-prezidenti Mayk Pens isə alova bürünüb.
“ABŞ siyasətçiləri iki dəfə düşünməlidirlər və müharibənin aşkar nəticəsini dərk etməlidirlər”, - deyə videorolikdə diktor xəbərdarlıq edir. (Oxu.Az)