İŞİD-in uşaqlar üzərindən təbliğatı davam edir.
Son günlərdə 10 yaşlı uşağın ABŞ prezidenti Donald Trampı hədələdiyi video sosial şəbəkələrdə sürətlə yayılır.
Bu video İŞİD-in daha əvvəl paylaşdığı videolardan bir qədər fərqlidir. Videodakı uşağın İraqda savaşan amerikalı əsgərin oğlu olduğu bildirilib.
ABŞ prezidentini təhqir edərək onu İsrailin kuklası adlandıran uşağın adı Yusifdir. Uşaq bu müharibənin son olaraq Amerikada yekunlaşacağını təkrar edərək Trampı hədələyib.
"Site Intelligence Group" tərəfindən yayılan məlumatlarda video görüntülərin Suriyanın Rakka şəhərində çəkildiyi bildirilib. (Publika.az)