Koreya məhkəməsi “Samsung” şirkətinin rəhbəri Li Jae Yonqu 5 il müddətinə azadlıqdan məhrum edib.
“Samsung” rəhbəri rüşvət, mənimsəmə, qanunsuz gəlirlərin gizlədilməsi, vəsaitlərin qanunsuz xaricə köçürülməsi, yalançılıqda ittiham olunur.
Li Jae Yonq məhkəmənin qərarından şikayət edəcəyini bildirib.