Hyuston polisi Texas ştatında "Harvi" qasırğası nəticəsində 2 nəfərin həlak olmasını təsdiq edib.
Polisin məlumatına əsasən, Hyuston şəhərinin qərb hissəsində qadın daşqının qurbanı olub. Həmçinin bildirilir ki, qasırğa nəticəsində daha 10 nəfər xəsarət alıb.
Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən güclü qasırğa olub.