ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.
Bunu Hyustonun meri Silvestr Terner bəyan edib. Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.
Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.
Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub. (APA)