CAR-ın paytaxtı Yohannesburqda bir nəfər teatrın səhnəsindən tamaşaçılara atəş açıb.
"RİA Novosti" xəbər verir ki, insident "Hillbrow Theatre" səhnəsində musiqi qrupunun çıxışı zamanı baş verib.
Naməlum şəxs səhnəyə çıxaraq qrup iştirakçısının mikrofonunu əlindən alıb və mobil telefonu ona qaytarılmayınca, konsertin davam etməyəcəyini bildirib. Bundan sonra o, atəş açmağa başlayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.