Azərbaycanın ABŞ-dakı səfirliyi "Harvi" qasırğası ilə bağlı bu ölkədə olan həmyerlilərimizə xəbərdarlıq edib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinə məlumat yerləşdirilib.
Qeyd olunub ki, Texas ştatında davam edən "Harvi" qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir:
“Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.