Rusiyada hər il 120 min insan itir, onlardan 45 mini həddi-buluğa çatmayanlardır.
Rusiya KİV-i xəbər verir ki, bu haqda itən və zərərçəkən uşaqlara kömək üzrə Milli Mərkəzdən bildirilib.
Mərkəzin məlumatına görə, çox zaman itənləri üç gün ərzində könüllülərin köməyi ilə tapmaq mümkün olur. Əgər axtarışlar müvəffəqiyyətlə nəticələnməsə, axtarışlara Daxili İşlər Nazirliyi qoşulur.
Ekspertlər uşaqların itməsinin əsas səbəbləri kimi evdən özbaşına gedişi, həmçinin cinayətkar və ya zorakı hərəkətləri göstərirlər. Diqqətçəkən məqam odur ki, bu cür hadisələrin çox hissəsi şəhər mühitində baş verir. (Publika.az)