Türkiyənin Dənizli vilayətində bir neçə gün davam edən yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.
Torpaq sürüşməsi nəticəsində Sərinhisar kəndinin Dənizli şəhəri ilə əlaqəsi kəsilib. Hətta bir neçə evin torpaq altında qaldığı bildirilir.
Sürüşmə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib.(trend)