Moskvadakı Myanma Səfirliyi qarşısında bir neçə yüz müsəlmanın iştirakı ilə mitinq başlayıb.
Etirazçılar Myanmadakı müsəlmanların qətlinin dayandırılmasını tələb ediblər. Onlar səfirlik qarşısında “Allah əkbər” ifadələrini səsləndiriblər. Polis mitinqə müdaxilə etməyib.
Qeyd edək ki, Myanmanın Rakxayn ştatında müsəlmanlara qarşı təqiblər başlayıb. Təqiblər ucbatından artıq 70 mindən çox müsəlman Myanmadan qaçıb. (Axar.az)