Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-a xəbərdarlıq edib.
Rusiya XİN bəyanat yararaq San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun bariz düşmən aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Rusiya XİN ABŞ hakimiyyətini yenidən düşünməyə və Rusiyanın diplomatik obyektlərini qaytarmağa çağırıb: "Əks təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək".