ABŞ-da Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan barəsində İrana qarşı tətbiq edilən embarqonu yarmaq ittihamı ilə məhkəmə işi başladılıb.
Bu barədə Nyu York Baş Prokurorluğunda iddia qaldırılıb.
Keçmiş iqtisadiyyat nazirindən başqa “Xalq bankı”nın baş direktoru Süleyman Aslan, direktorun müavinləri Levent Balkan və Abdullah Happani də məhkəməyə verilib. Abdullah Happaninin adı eyni zamanda təxminən il yarımdır ABŞ-da həbsdə olan azərbaycanlı milyarder Rza Zərrabın işinə də əlavə olunub. Bununla da Zərrabın işi üzrə ittiham olunan şəxslərin sayı 9-a çatıb.(axar.az)