ABŞ və Cənubi Koreya regionda THAAD sisteminin qurulmasını dayandırmalıdır.
Bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qing Şuanq deyib.
“ABŞ və Cənubi Koreya Çin və region ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdır”, - sözçü bildirib.
Qeyd edək ki, Vaşinqton Şimali Koreya təhlükəsinə qarşı Cənubi Koreyanın Seongju qəsəbəsində daha 4 THAAD raketdən müdafiə sistemi yerləşdirməyi planlaşdırır. (Axar.az)