ABŞ Suriyanın Deyr əz-Zor şəhərindən İŞİD-in 20 səhra komandirini evakuasiya etməyib.
Jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Adrian Renki Qellouey söyləyib. Onun sözlərinə görə, Rusiya mətbuatının yaydığı bu informasiya həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan öncə Rusiyanın “RİA Novosti” agentliyi ABŞ hərbi vertolyotunun Suriyadan İŞİD liderlərini çıxardığı haqqında informasiya yaymışdı.