İnternetdə ABŞ-ın Detroyt şəhərində cinayətkarın polis əməkdaşları tərəfindən epik yaxalanma anının vertolyotdan çəkilmiş görüntüləri yayılıb.
Videokadrlarda görünür ki, cani hüquq mühafizəçilərindən qaçmaq istəyərkən sürətli avtomobil yoluna çıxır.
O, hansısa məqamda avtomaşınlardan birinin altında qalmaqdan son anda qurtulur və özündə cəsarət taparaq, avtomobilin üzərinə atılır. Polislər onu əhatəyə alırlar və asayiş keşikçisi ani vəziyyətdə canini tutaraq yerə salır, cinayətkar yaxalanır. (report)