ABŞ-da Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbs edilməsi barədə rəsmi qərar verilib.
Həbs qərarını Nyu York məhkəməsi qəbul edib.
Keçmiş iqtisadiyyat nazirindən başqa “Xalq bankı”nın baş direktoru Süleyman Aslan və direktor müavini Levent Balkan barəsində də həbs qərarı verilib.
Qeyd edək ki, ABŞ-da Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan barəsində İrana qarşı tətbiq edilən embarqonu yarmaq ittihamı ilə məhkəmə işi başladılmışdı. (Axar.az)