Estoniya, Litva və Latviyanın Parisdəki səfirləri Fransanın “Le Monde” qəzetinə məktub göndəriblər.
Məktubda səfirlər bir daha ölkələrinin keçmiş sovet respublikaları adladırılmamasını istəyiblər. Səfirlər ölkələrinin 1940-cı ildə SSRİ-nin tərkibinə daxil olmadığını, hərbi anneksiyaya məruz qaldıqlarını bildiriblər:
“Əksər ölkələr, o cümlədə Fransa Baltik dövlətlərinin anneksiyasını tanımayıb. SSRİ-nin süqutundan sonra isə biz öz müstəqilliyimizi bərpa etmişik”.
Qeyd edək ki, məktubun yazılmasına səbəb qəzetdə Finlandiyaya həsr edilən məqalə olub. Bu yazıda göstərilən xəritədə hər üç ölkə “keçmiş sovet respublikası” kimi təqdim edilib. (Axar.az)