Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.
Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb. Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.
Bu xəbərdarlıqdan sonra Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri və Azərbaycan Hava Yollarının Bakı-İstanbul reysinin həyata keçirən təyyarə eniş edə bilməyib.
Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.(baku.ws)