Pakistanın Ravalpindi şəhərində furqonla yük maşınının toqquşması nəticəsində 14 nəfər həlak olub.
Qəzadan sonra başlayan yanğın 6 nəfərin xəsarət almasına səbəb olub.
Polisin verdiyi məlumata əsasən, toqquşmadan sonra sərnişinlərin olduğu furqonda yanğın başlayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.