Ermənistanda hərbi hissədən silah oğurlamaqda təqsirli bilinən 19 yaşlı əsgər Q. Monte 3 il müddətinə azadlıqdan məhrum edilib.
Erməni mətbuatı xəbər verir ki, ittihama əsasən Q.Monte cari ilin 30 mart tarixində, gecə müvafiq icazə olmadan silahların saxlanıldığı əraziyə daxil olaraq, oradan silah oğurlamağa cəhd edib.
Lakin, saatdarın şəxsiyyəti dəqiqləşdirmək üçün səsləndirdiyi tələbi eşidən erməni əsgər silahı ataraq qaçıb.
Nəticədə, Sünik vilayət məhkəməsinin qərarı ilə Monte 3 il müddətinə azadlıqdan məhrum edilib. (AzVision.az)