Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Dağlıq Qarabağ ətrafında baş verənləri yenidən müzakirə edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar son günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla apardıqları telefon danışığının nəticəsini də müzakirə ediblər.
Qeyd edək ki, aprelin 6-da V.Putinlə N.Nazarbayev arasında məsələyə dair telefon danışığı olub.
"Report"