“NATO ölkəri hansı silahlar və hərbi avadanlıqları almasına özləri qərar verirlər”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı Rusiya və Türkiyə arasında imzalanan müqaviləni şərh edərkən deyib.
“Bu, Türkiyənin müstəqil verəcəyi qərardır. NATO üçün əhəmiyyətlisi bizim fərqli sistemlərimizin birlikdə çalışmasıdır. Bu sistemin NATO hava hücumundan müdafiə sisteminə inteqrasiyasiya edilməsi barədə bizə müraciət edilməyib. Bu mövzu hələ masada deyil”, - hərbi alyansın rəhbəri bildirib.(sputnik)