Ekvadorun yeni prezidenti Lenin Moreno iqamətgahında iş otağında gizli kamera tapıb. Hadisədən dəhşətə gələn prezident təhlükəsizlik xidmətinin əməkdaşlarını sorğuya çəkib.
Sözügedən videokameranın hələ sabiq prezident Rafael Korreanın dövründə quraşdırıldığı məlum olub.
Prezident postunu təhvil aldıqdan sonra ilk dəfə belə hadisə ilə qarşılaşan prezident tvitter hesabından "mənim kabinetimə gizli kamera qoyub, şəxsi həyatıma qanunsuz şəkildə müdaxilə edilib" postunu paylaşıb.
Prezident aidiyyəti qurumlara şəxsi həyatın toxunulmazlığının pozulması iddiası cinayət işinin açılması ilə bağlı tapşırıq verib.
Mühafizə xidmətinin əməkdaşları kameranın 7 və ya 8 il əvvəl mebelin kənarında sabiq prezidentin istəyi ilə quruşdırldığını qeyd edib.
Qeyd edək ki, prezident Moreno 20 ildən çoxdur əlil arabasına məhkumdur.(publika.az)