Ermənistanda vəkil Qayan Qaloyan rüşvət aldığına görə həbs olunub.
Erməni mətbuatı xəbər verir ki, bu barədə Vəkillər Palatasının mətbuat katibi Çovinar Xaçatryan məlumat verib.
Qaloyanın Xüsusi İstintaq Xidmətinin araşdırması nəticəsində rüşvətxorluğa görə saxlanıldığı bildirilir.