Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü “Talim” tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.
Hazırda 570-dən çox reys təxirə salınıb.
Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.
Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.