ABŞ Kubadakı səfirliyini bağlaya bilər.
ABŞ bir neçə əməkdaşının hücuma məruz qalmasından sonra məsələni gündəmə gətirib.
Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinin gündəmdə olduğunu bəyan edib.
Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib.