Qazaxıstanda avtomobil dəvə ilə toqquşdu - 5 ölü | Eurasia Diary - ednews.net

25 Avqust,


Qazaxıstanda avtomobil dəvə ilə toqquşdu - 5 ölü

Dünya A- A A+
Qazaxıstanın Alma-Atı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.
 
Bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.
 
Hadisə bu gecə “Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...