Erməni deputatların Bakıya hansı yolla gələcəyi məlum olub.
Armtimes.com xəbər verir ki, Armen Aşotyan və Mane Tandilyan Bakıya Gürcüstanın paytaxtı Tiflisdən gələcək.
Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseğyan da yer alacaq.
Erməni KİV xəbər verir ki, nümayəndə heyətinin təhlükəsizliyinə rəsmi Bakı zəmanət verib.
***
Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.
Erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov məlumatı təsdiqləyib. Bildirib ki, sentyabrın 22-ə planlaşdırılan iclasda ermənideputatların iştirakı təsdiqlənib.