İraq Kürdüstanı Azərbaycan üçün birbaşa təhlükə yaradırmı ? Vyaçeslav Tixonovun nöqteyi nəzəri - ÖZƏL

Dünya 17:10 25.09.2017
Bu gün İraq Kürdüstanının müstəqilliyə dair referendumu keçirilir. Türkiyə, İran, İraq, Suriya və hətta ABŞ-ın özü də İraq kürdlərinin keçirdiyi referendumun onların Türkiyədə, Suriya, İranda da analoji referendumlarının keçirilməsinə səbəb olacağından ehtiyat edərək keçirilən referenduma qarşıdırlar. Maraqlıdır, regionda kürd layihəsinin təşviqatçısı əslində kimdir, İraq Kürdüstanı adlı müstəqil dövlət yaranmasının İraqla qonşu olan dövlətlər üçün hansı nəticələri ola bilər? Bu və digər sualları cavablandırmaq üçün Eurasia Diary tanınmış rusiyalı hərbi politoloq, “Sülhməramlılar” radiostansiyasının baş direktoru Vyaçeslav Tixonovdan müsahibə götürüb.
 
İraq kürd muxtariyyəti ətrafında bu gün baş verənlər və gələcəkdə baş verəcək olanları şərh edərkən Yer planetində baş verən qlobal hadisələr və cərəyan edən tendensiyalar nəzərə alınmalıdır. Başqa sözlə desək, kürd referendumu – ayrıca bir kürd hadisəsi yox, bizim də şahidi olduğumuz  dünyanın yenidən qurulması prosesində qlobal zəncirin bir həlqəsidir. Bu yenidənqurmada ABŞ planetin “idarəolunabilən xaos” kimi qlobal idarəetmə alətindən istifadə etməklə fəal rol oynayır. ABŞ rəhbərliyinin fikrincə, idarəolunan xaos prosesində Mərakeş, Tunis, Liviya və Misirdən tutmuş Yaxın Şərq və Ərəbistan yarımadası, Orta Asiyadan Çinə, Myanma, Malayziya və İndoneziyaya kimi bütün müsəlman dünyası da partlamalı və silkələnməlidir. Bütün bunlar istehza ilə “ərəb baharı” adlandırılır. Bu bahar çiçək açır – müsəlman oxu alovlanır və qan tökülür, qan gölü yaranır.
 
ABŞ planını hər yerdə həyata keçirə bilmədi: Misirdə - alınmadı, Suriyada – alınmadı, İranda – alınmır, amma iş gedir və hələ hər şey indi başlayır. Amerika rəhbərlərinin əsas məqsədi qısaca desək, - müsəlman dünyasını total ekstremizmə, terrorizmə və müharibəyə cəlb etmək, onu orta əsrlərə və feodalizm dövrünə  qaytarmaq və bununla da onu dünya bölgüsü sistemindən kənarda tutmaqdır. Ekspertin fikrincə, gələcəkdə onların niyyəti müsəlman dünyasını fiziki olaraq məhv etməkdir. İndi isə Kürdüstan barədə. “Ərəb baharının” keçdiyi və kürd muxtariyyətinin artıq çoxdan yaradıldığı İraqda cərəyan edən proseslər bitməyib, uzun zamandır cibində qumbara kimi olan kürd məsələsi ilə yaşayan Türkiyə də onu həll edə bilmir.
Bu qumbaranı onun qoruyucusu türkün şalvarının cibindən çıxarmaq vaxtı gələndə isə ABŞ-ın qərar verib. ABŞ hazırda davam edən uzunsürən yaxın şərq münaqişəsində kürdləri silahlandırır və onlara himayədarlıq edir. Burada Kürd fəhlə partiyasına bir zamanlar Sovetlərin himayədarlıq etdiyini demək yerinə düşür. Hesab edirəm ki, kürdlərin ABŞ-la hazırda əməkdaşlıq etmək həvəsi müvəqqəti xarakter daşıyır və əgər kürdlərin Moskvadakı rəsmi nümayəndəliyi yaxın zamanda səfirliyə və faydalı beynəlxalq əməkdaşlığa çevrilərsə heç də təəccüblənmərəm.
 
Lakin hələ ki, ABŞ sükan arxasındadır. Onların müsəlman dünyasının alovlandırılması ilə yanaşı  miqrantların Avropaya nəzarətsiz axınınında da maraqları var. Başqa cür desək, Avropa onların əsas iqtisadi rəqibidir və artıq Avropanın tabeçiliyə təhrik edilməsi əməliyyatı gedir. Lakin hələ ki, bu proses asta gedir. Avropa İŞİD-in, Cəbhə-ən-Nüsrə (Rusiyada qadağan olunmuş) və bu kimi terrorçu təşkilatların əli ilə yanmalıdır. Vaşinqton Ərdoğanın hərbi çevrilişi effektiv şəkildə yatırmasını da unutmayıb.Beləliklə əsas 2 variant gözlənilir.
Kürd referendumunun nəticələrində heç bir maxinasiyaya yol verilmir – kürdlər öz dövlətlərinin yaradılması lehinə səs verirlər. Amma başqa bir problem var. 
 
1) ABŞ referendumun nəticələrini qəbul edəcək ya yox?
Əgər qəbul etməzsə kürdləri itirəcək. Əgər tanısa, o zaman Krımda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə, yaxın gələcəkdə isə Kataloniyada, Venesiyada, baskların ölkəsində, Şotlandiyada və daha sonra bir çox yerlərdə keçirilən referendumları tanımalı olacaq. Eyni zamanda, Kosovoda heç kimin referendum keçirmədiyi də yada düşəcək.
 
2) Analoji referendumlar Türkiyə və Suriya ərazisində də keçiriləcəkmi? Bəs İran ərazisində necə?
Çoxlu sual yaranacaq. Düşünürəm ki, biz sizinlə nəticədə İraq Kürdüstanı dövlətinin yaranacağı və kürd dövlətinin Türkiyə, Suriya və İran əraziləri hesabına genişləndirilməsi cəhdlərinin olacağı, mərkəzində kürd kartı duran qanlı hadisələrin astanasındayıq.
 
Suriya kürdlərinin bir hissəsinə Rusiya, iran kürdlərinə isə İran azadlıq verir. Bunların hamısı Türkiyə Kürdüstanında tezliklə ikinci və daha sonra isə üçüncü və dördüncü cəbhələrin yaranmasına səbəb olacaq uzun sürən vətəndaş müharibəsinə gətirib çıxaracaq. Kürd dövlətinin yaradılması özlüyündə Azərbaycan və Ermənistan üçün təhlükə doğurmur. Bu region üçün təhlükə yaradan amil Amerikanın “idarəolunabilən xaos” və qanlı “ərəb baharı”dır.
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Hamısı