Dağıstanın dövlət başçısı Ramazan Abdulatipov istefası haqda gəzən şayiələri təsdiqləyib.
O, istefa ərizəsini bu gün təqdim edəcəyini deyib. Qeyd edək ki, daha əvvəl Rusiya KİV-i Abdulatipovun istefa ərizəsini imzaladığını demişdi. Dağıstan başçısı istefasının əsas səbəbi kimi yaşı göstərib. Bu il onun 71 yaşı tamam olur.
“Bundan sonra nə olacaq? Sağ-salamat qalsam harasa qayıdacam. Böyük ehtimalla elmi, ictimai, mədəni fəaliyyətlə məşğul olacam. Çoxlu layihə var” – Abdulatipov gələcək planları barədə bunu deyib.
O, öz yerinə bir neçə namizəd də təklif etdiyini deyib:
“Mən kiminsə adını çəkdim, onlar (Rusiya PA) onlar isə kimisə axtarır. Qərarı prezident qəbul edir. Düşünürəm ki, problem olmayacaq. Mənim tək xahişim Dağıstanın düzgün əllərə verilməsidir”.
Qeyd edək ki, RBK saytı Kremlin Abdulatipova bir neçə vəzifə təklif etdiyini yazmışdı. (Avropa.info)