Tramp Merkeli təbrik edib - İrandan danışdı | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Tramp Merkeli təbrik edib - İrandan danışdı

Dünya A- A A+
ABŞ Prezidenti Donald Tramp Almaniyadakı parlament seçkilərində qələbə qazanan kansler Angela Merkelə zəng edərək, seçkilərdə qazandığı uğurdan dolayı təbrik edib.
 
Bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
 
“Prezident Tramp telefon danışığı zamanı iki ölkə arasındakı dərin bağlardan danışıb və ABŞ-ın alman xalqı, hökuməti ilə birliyini vurğulayıb. O, həmçinin, İranın bölgədəki zərərli addımlarından, Koreya yarımadasının nüvəsizləşdirilməsindən söz açıb”, - açıqlamada deyilir.
 
Qeyd edək ki, Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin Xristian Demokrat Birliyi partiyası 4-cü dəfə qalib gəlib. Merkelin partiyası seçicilərin 32.5 faizinin səsini toplayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...