ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rusca danışmağı bacaran şəxslərə iş təklif edir.
Bu haqda qurumun rəsmi "Twitter" səhifəsində məlumat yer alıb. Edilən paylaşımda "rusca danışa bilirsiniz? Universitet məzunusunuz? Milli təhlükəsizliklə maraqlanırsınız? Bacarıqlarınıza ehtiyacımız var" - deyə qeyd olunub.
Paylaşımın aşağısında isə rus dilində "biz həqiqəti ortaya çıxarmağa çalışırıq" sözləri yazılıb.