KXDR-in Romadakı səfiri İtaliyanı tərk etməlidir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.
O, La Repubblica qəzetinə müsahibəsində bildirib: "Biz ciddi qərar qəbul etdik - KXDR-in səfirinin akkreditasiya prosedurunu dayandırdıq. O, İtaliyanı tərk etməlidir".