Qazaxıstan ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Ormanbetov Nurlan Skenoviç işdən çıxarılıb.
“CA-NEWS” xəbər verir ki, ölkə prezidenti Nursultan Nazarbayev onun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Nurlan Karbenov Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı təyin olunub.