Ukraynanın Ali Radasında Donbas barədə qanun layihəsini müzakirəsi zamanı deputatlar arasında dava düşüb.
Davanın videosunu cümə axşamı, oktyabrın 5-də, “Obozrevatel” portalı dərc edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, dava edən deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyiblər:
“Hazırda parlamentdə bəzi deputatlar Rusiyanın təcavüzkar kimi tanınması barədə qanunun qəbul edilməsinə mane olmağa çalışırlar”.
Bu sözlərdən sonra parlament üzvləri Turçinovun əlindən mikrofonu alaraq sındırıblar.(oxu.az)