Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzasında həlak olub.
Bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Qəza bu gün səhər yerli vaxtla 07:45-də baş verib. Qəzaya səbəb "Kamaz" markalı yük maşınının Cumakadırovun içində olduğu "Toyota Landkruzer" avtomobili ilə toqquşması olub. Cumakadırovla bərabər köməkçisi Nurlan Camqırçiyev və sürücüsü də ölüb.
Qeyd edək ki, Cumakadırov bundan öncə Qırğızıstan Təhlükəsizlik Şurasının rəhbəri olub. Onun 38 yaşı var idi.